Qabığı ilə yeyiləndə orqanizmi xərçəng xəstəliyindən qoruyan qidalar — SİYAHI və FOTOLAR

Qabığı ilə yeyiləndə orqanizmi xərçəng xəstəliyindən qoruyan qidalar — SİYAHI və FOTOLAR
20 İyun 2018 17:19

Peşəkar dietoloqlar bəzi meyvələri qabığı ilə yeyəndə xərçəng riskini azaltdığını deyirlər.

Realpress.az qabıqları ilə qəbul ediləndə xərçəng xəstəliyinə qarşı mübarizə aparmağa kömək edən qidaların siyahısını oxucularına təqdim edir.

Kivi

Kivinin tüklü səthi antioksidantlarla zəngindir. Bundan başqa iltihaba qarşı və allergiyaya qarşı xüsusiyyətləri var. Kivinin qabığı meyvəsindən 3 dəfə çox antioksidanta sahibdir. Kivinin qabığı “Staphylococcus” və “E-coli” kimi qida zəhərlənməsinə səbəb olan bakteriyaları məhv edir. Qabıqlı kivini blenderdən keçirib qəbul edin.

Ananas

Ananasın sərt çəyirdəkli hissəsindən istifadə etmək olar. Tərkibində lif və C vitamini ilə yanaşı bromelain adlı maddə var. Bu maddə qidanı və ölü toxumaları həzm sistemində sürətlə parçalayır və mədəmizi qoruyur. Ananasın çəyirdəyində bromelain maddəsinin miqdarı meyvəsindəkinə nisbətən iki dəfə çoxdur. Çəyirdəyi əzin, suyunu içkilərinizə əlavə edin.

Banan

Aparılan tədqiqat sübut edib ki, banan qabığının tərkibində serotonin maddəsi çoxdur. Bu isə depressiyanı azaldır. Banan qabığının tərkibindəki lutein antioksidantı isə göz hüceyrələrini ultra-bənövşəyi şüalardan qoruyur. Bu şüalara çox məruz qalmaq isə katarakt riskini artırır. Bananın qabığını 10 dəqiqə qaynadıb soyudulmuş suyunu içmək, ya da çəkib suyunu içmək məsləhət görülür.

Sarımsaq
Aparılan araşdırmalar sübut edib ki, sarımsağın qabığında 6 fərqli antioksidant var. Sarımsağın qabığında yaşlanma prosesi ilə mübarizə aparan və ürəyi qoruyan fenilpropanoid antioksidantları var. Sarımsağın üzərinə zeytun yağı əlavə edib sobada bişirilən yeməklərə və ya bişmiş tərəvəzlərə əlavə etmək olar.

Naringi

Naringi və portağalın içərisindəki ağ rəngli tüklərin tərkibində pektin maddəsi var. Pektin xolestorolu azaltmağa və bağırsaqlardakı müsbət bakteriyaların qalmasına kömək edir. Qabığı ilə birlikdə sıxılan naringinin suyunu içmək məsləhətdir.

Balqabaq tumu və qabığı

Balqabaq dəri və dırnaqlar üçün faydalıdır. Ürək xəstəliyi və xərçəngə qarşı qoruyan bir antioksidant olan betakarotinlə zəngindir. Balqabağın qabığını yemək çətindir. Bu səbəbdən sıxıb suyunu içmək, tumlarını isə qabıqlı yemək məsləhətdir.







28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.