Instagram servisinin auditoriyası 1 milyarda çatıb

Instagram servisinin auditoriyası 1 milyarda çatıb
21 İyun 2018 10:35

Foto və videoların mübadiləsi üçün "Instagram" xidmətinin istifadəçilərinin sayı 1 milyard olub. Bu haqda xidmətin saytında məlumat verilib.

"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən yazır ki, məlumatda deyilir ki, "Instagram" – indi 1 milyard istifadəçini birləşdirən qlobal bir cəmiyyətdir. "Biz 2010-cu ildən etibarən cəmiyyətimizin inkişafı üçün mümkün olan hər şeyi etmişik" – sənəddə deyilir. Bu, bizim üçün böyük nailiyyətdir, hamınıza təşəkkür edirik!"

Həmçinin 20 iyunda tərtibatçılar tərəfindən təqdim edilmiş "IGTV" adlı yeni proqramın köməyi ilə müddəti 1 saatadək olan şaquli videolar yerləşdirmək və izləmək mümkün olacaq. Bir neçə həftə ərzində istifadəçilər üçün əlçatan olacaq mobil proqram "Android" və "iOS" əməliyyat sistemlərində işləyəcək.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.