Sevinc 2-ci dəfə evlənməyib - Kino imiş…

Sevinc 2-ci dəfə evlənməyib - Kino imiş…
21 İyun 2018 10:57

Azərbaycanın tanınmış aktrisası Sevinc Əliyevanın ikinci dəfə ailə qurması barədə xəbər yayılıb.

Realpress.az qafqazinfo-ya istinadla xəbər verir ki, "ATV maqazin onlarla" proqramı aktrisanın ağ gəlinlikdə müsahibə verən kadrlarını yayıb. 

Videoda Sevinc 12 ildən sonra ikinci dəfə bu paltarı geyindiyini bildirib. S. Əliyevanın mediadan gizli ailə qurduğu iddia edilib.   

Bu görüntülər mətbuatda və sosial şəbəkələrdə Sevincin ikinci dəfə ərə getdiyi və 24 yaşlı model Riad  Abdulovla nikah bağladığı qeyd edilib.  

Hətta Riad səhifəsində xanımın üzünü gizlədərək "Mən getdim, heç kimə demədən, üstümə düşməyin" - şərhini yazıb. 

Əldə etdiyimiz məlumata görə, əslində, Sevinclə Riad evlənməyib və  həmin kadrlar  "Qayınana 2" filminin çəkiliş meydançasında lentə alınıb. Onlar ssenariyə uyğun olaraq kinoda ailə həyatı qurublar. 

Qeyd edək ki, Sevinc Əliyeva rejissor Fuad Əlişovla ailəli olub. Onların bu nikahdan 3 övladı var.



8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.