Röyadan Aygünə: Məni alçaltdın, qazancıma haram dedin – FOTO

Röyadan Aygünə: Məni alçaltdın, qazancıma haram dedin – FOTO
22 İyun 2018 10:22


Əməkdar artist Röya Ayxan məhkəməlik olduğu Aygün Bəylər haqda paylaşım edib.

Realpress.az xəbər verir ki, sosial media hesabında Aygün Bəylər və qızının fotosunu paylaşan ifaçı onu bağışladığını bildirib:

“Bəli, haqqıma girdin. Məni tanımadan, sənə qarşı haqsızlığım olmadan alın yazıma şübhə etdin. Anamın, atamın önündə alçaltdın. Əziyyətlə qazandığım, neçə ailə dolandırdığım qazancıma haram dedin.

Səni o gün izləyərkən həyatıma nifrət etdim. Ağlayaraq yaradandan sənə cavab verməsini istədim. Amma o an unutdum ki, sənin qızın var və mən doğularkən yaşadığımın 50 faizini o da yaşayıb.

Günahlarımız onların boynuna yazılar deyirlər, bundan qorxdum və sənə xoşbəxt ana olmağı arzuladım. Mən səni bağışladım, Allah da səni bağışlasın. Üzünüzü güldürsün”.

Qeyd edək ki, Röya Ayxan və Aygün Bəylər arasında olan qalmaqal illər öncəsinə dayanır. Onlar arasında ilk mübahisə Kazım Sübhanın aparıcılıq etdiyi radio proqramında, daha sonra isə “Onlar” verilişində davam etmişdi.

Üstündən bir neçə il keçəndən sonra isə ARB TV-nin “Səhər-səhər” proqramında Aygün Bəylərin Röya Ayxan barədə dediyi sözlər bu qalmaqalı məhkəməyə daşımışdı.



8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.