Pakistanın baş naziri: Azərbaycanın yanındayıq

Pakistanın baş naziri: Azərbaycanın yanındayıq
22 İyun 2018 10:49


Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin baş naziri Nasirul Mulk ilə görüşüb.

Səfirlikdən Realpress.az-a verilən məlumata görə, Azərbaycan Respublikası rəhbərliyinin salamlarını çatdıran səfir Azərbaycan prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycana yaxın dost və qardaş ölkə olduğunu bildirib. 

Səfir Pakistanın Dağlıq Qarabağ məsələsində ədalətli mövqeyinin və Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

Pakistan İslam Respublikasının baş naziri Nasirul Mulk Pakistan-Azərbaycan əlaqələrinin qarşılıqlı hörmət, inam və səmiyyət üzərində qurulduğunu bildirib. 

Pakistanın Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyinin bəlli olduğunu, Pakistanın həmişə Azərbaycanın yanında olduğunu qeyd edən baş nazir Azərbaycanın da Pakistana göstərdiyi dəstəyinin yüksək qiymətləndirildiyini bildirib, iqtisadi, ticari, enerji, investisiya sahələrində əməkdaşlığın daha da artırılması üçün səylərin davam etdiriləcəyini vurğulayıb.


19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.