Əli Mirəliyev: Oğlum yaxşı kişi olsaydı, arvadı qaçmazdı - VİDEO

Əli Mirəliyev: Oğlum yaxşı kişi olsaydı, arvadı qaçmazdı - VİDEO
22 İyun 2018 11:31


ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Əli Mirəliyevin adaşı olan nəvəsi olub.

Realpress.az xəbər verir ki, sənətçi nəvəsinin gəlini tərəfindən tərk edilməsindən danışıb:

“Əgər ana uşağını tərk edib gedirsə, o kimə bağlanmalıdır? Nənəyə, babaya. On iki yaşından tərk edib-gedib. Sözsüz ki, oğlum günahkardır. Amma hansı ana balasını qoyub gedə bilər?

Heç olmasa, arada gəl, gör, maraqlan, axı sən onu doqquz ay bətnində gəzdirmisən. Sabah qocalanda o, sənə baxacaq. Bütün dünyanı gəzir. İş adamıdır, işləyir, yaxşı da işi var.

Qəyyumluq üçün sənəd lazım olub, nənəsi anasına zəng edib deyib ki, gəl, sənəd üçün lazımsan. Heç görüşməyib uşaqla da, baxıb, çıxıb-gedib. Uşağın günahı Əli Mirəliyev olmasıdır.

Mənim oğlum da günahkardır. Hansı arvad evdən qaçar? Pis kişidən qaçar da. Mən bunu da deyirəm. Deməli, mənim oğlum işini düzgün qurmayıb. Evdən çıxıb, paltarlarını, uşağa alınan bahalı telefonu da verməyib ona.

İldən çoxdur ki, uşaqdan imtina edib. Atası, anası qızlarına deyir ki, sən özün gəl, amma o uşağı gətirmə. Heç yemək də vermirdilər buna”.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.