AzInTelecom Azərbaycandakı Amerika Ticarət Palatasına üzv oldu

AzInTelecom Azərbaycandakı Amerika Ticarət Palatasına üzv oldu
22 İyun 2018 16:38

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC Azərbaycanda nüfuzlu şirkətlərin təmsil olunduğu Amerika Ticarət Palatasına ("AmCham Azərbaycan") üzv oldu. Bu işbirliyi tərəflər arasında işgüzar əlaqələrin genişləndirilməsi və palata üzvlərinin "AzInTelecom"un təklif etdiyi unikal xidmətlər və bizneslər üçün yaratdığı imkanlar haqqında daha ətraflı məlumat əldə etməyə imkan verəcək. Ölkədə biznes mühitinin təkmilləşdirilməsinə yönələn bu əməkdaşlıq, müxtəlif yönlü sosial-iqtisadi layihələrdə iştirak məqsədi daşıyır.

Azərbaycandakı Amerika Ticarət Palatasına üzvlük "AzInTelecom"a xarici təşkilatlarla əməkdaşlıq edərək ölkəmizin İT xidmətlərinin xaricə ixracı üçün perspektiv, tanınmış yerli şirkətlərlə daha yaxından tanış olaraq birgə fəaliyyət imkanlarını dəyərləndirmək, xarici bizneslərin uğurlu təcrübəsindən faydalanmaq və bir sıra digər imkanlar yaradır.

Bundan başqa, "AzInTelecom"un palata tərəfindən təşkil olunan brifinq və konfranslar, xüsusilə də İKT Komitəsinin işində fəal iştirakı yerli bizneslə dialoq kanallarını artırmaqla fəaliyyətinin effektivliyini artırmağa şərait yaradacaq.

Qeyd edək ki, 1996-cı ildə yaradılmış "AmCham Azərbaycan" ölkə iqtisadiyyatının bütün sektorlarında fəaliyyət göstərən şirkətləri özündə birləşdirən qeyri-kommersiya fəaliyyətli biznes assosiasiyasıdır. Xarici investisiyaların 80%-ni və yerli biznesin əhəmiyyətli hissəsini təmsil edən təşkilatın əsas məqsədi Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və hökumət ilə özəl sektor arasında körpü rolunu oynamaqdır.  

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.