Amerikalı alimlər tərəfindən yaradılmış elektron dəri protez vasitəsilə ağrını hiss etməyə imkan verir

Amerikalı alimlər tərəfindən yaradılmış elektron dəri protez vasitəsilə ağrını hiss etməyə imkan verir
22 İyun 2018 16:52

Cons Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Tibb Məktəbinin alimləri tərəfindən hazırlanmış elektron dəri protez vasitəsilə ağrını hiss etməyə imkan verir. Material zədələnən zaman yenidən yaranan ağrı refleksi ilk öncə dirsək və orta sinirlərə, daha sonra beyinə ötürülür.

“ICTnews” Elektron Xəbər Xidməti “incrussia.ru” saytına istinadən yazır ki, alimlər tərəfindən hazırlanmış material təzyiq və zədələrə reaksiya verən  rezin, toxuma və pyezorezistiv lif qatlarından ibarətdir. Pyezorezistiv material deformasiya vaxtı müqavimətini dəyişdirir, datçiklər sistemi isə elektrik impulsunu sinir impulsuna ötürür.

Elektron dəri, hələ ki, istilik və kimyəvi təsir vaxtı zədələnmələri müəyyənləşdirmək qabiliyyətinə malik deyil və yalnız xarici mexaniki qıcıqlandırıcılara reaksiya verir.

Yeni texnoloji hazırlamanın sınaqlarında qəza nəticəsində hər iki əlini itirmiş 29 yaşlı kişi iştirak edib. O deyib ki, əvvəllər barmaqları olan  hissədə sancmalar hiss edib.

Realpress.az


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.