Böyrəklər üçün ən təhlükəli 5 məhsul

Böyrəklər üçün ən təhlükəli 5 məhsul
22 İyun 2018 17:01

Araşdırmalar göstərir ki, bu məhsulların çoxlu miqdarda istehlakı böyrəklərə ciddi ziyan vurur.

Saglamolun.az INNOV-a istinadla xəbər verir ki, alimlərin fikrinə görə, böyrəklər üçün ən təhlükəli məhsul qəhvədir. Bu içki böyrəklərə düşən gərginliyi artırır ki, bu da onlarda pozulmaların inkişafına təkan verir.

İkinci yerdə qırmızı ətdir. Mütəxəssislər böyrəklərin sağlamlığını qorumaq üçün qırmızı ətin istehlakını azaltmağı tövsiyə edirlər.

Növbəti ziyanlı məhsul duzdur. Duz orqanizmdə mayeni saxlayır ki, bu da böyrəklərin fəaliyyətinə mənfi təsir edir.

Dördüncü ziyanlı məhsul çaydır. Çaydan sui istifadə böyrəklərə ziyan vurur.

Sonuncu təhlükəli məhsul şirin qazlı içkilərdir. Bu içkilər qanda kalsiumun səviyyəsini artırır ki, bu da böyrək daşı xəstəliyinin inkişafna təkan verə bilər. Bəzi elmi araşdırmalar göstərir ki, şirin qazlı içkilərin çoxlu miqdarda istehlakı hətta böyrək çatışmazlığına gətirib çıxarda bilər.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.