Xalq artisti yıxıb-sürüdü:Soyunur, sonra da yarım milyonluq Porsche aldırıb qoyur altına

Xalq artisti yıxıb-sürüdü:Soyunur, sonra da yarım milyonluq Porsche aldırıb qoyur altına
23 İyun 2018 09:09

Xalq artisti, tanınmış aktyor Ağaxan Salmanlını aldadıblar.

Realpress.az istinadla bildirir ki,Yenicag.az-a açıqlama verən aktyor əsəbiləşdiyini deyib: “İki rejissor məni seriala çəkəcəyini bildirib, çəkiliş məkanına dəvət etdi. Biri ilə elə “Whatsapp”da yazışdıq. Dedi ki, sizi seriala çəkmək istəyirik, bu qədər qonorar veriləcək. Elə bir məbləğdir ki, o rəqəmi görəndə öz-özümə xəcalət çəkdim. Biabırçılıq idi. O biri də zəng edib çağırdı, rol barədə danışdı, axırda da dedi ki, pulumuz yoxdur. Hirsimdən az qala insult keçirəcəkdim. Ə, adama deyərlər pulun yoxdur. Vaxtımı, enerjimi niyə alırsan? Elə telefonda de ki, cındır gündəyik, verməyə pulumuz yoxdur. Mən də qaxılım oturum yerimdə. Yuli Qusman məni filminə çəkdi, qısa epizodlara görə mənə 1500 dollar qonorar verdi. Amma bunlar mənə dəyər vermir”.

Xalq artistinin əsəbi bununla da soyumayıb:

“Onlar düşünmür ki, xalq artistini çağırıb pulsuz-parasız filmə çəkmək ayıbdır. Deyəsən, onların fikri o gözəl modellərə, yaraşıqlı qızlara gedib. Həmin gözəlləri pul maraqlandırmır, təki film olsun, soyunsunlar. Açıq-saçıq səhnələrə çəkilsinlər, məşhurlaşsınlar. Məşhurlaşandan sonra da, yarım milyonluq “Porsche” alıb, qoyacaqlar altına. Ona pulsuz çəkilmək sərf edir, mənə sərf etmir axı”.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.