"Yaxın zamanlarda Avropa İttifaqının gələcək taleyi həll olunacaq".
Realpress.az APA-ya istinadən xəbər verir ki, bunu "Spiegel"-ə müsahibəsində İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini bəyan edib.
"Bir il ərzində vahid Avropanın qalıb-qalmaması məsələsinə aydınlıq gətiriləcək", deyə M.Salvini qeyd edib. Onun fikrincə, vəziyyət Aİ büdcəsinin müzakirəsi zamanı, eləcə də 2019-cu ildə Avropa Parlamentinə seçkilərdən əvvəl aydınlaşacaq.
Siyasi blok daxilində əlaqələrə toxunan M.Salvini Berlin və Roma arasında müxtəlif mövzularda ciddi ziddiyyətlərin olduğunu qeyd edib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.