Çavuşoğlu: Lazım gəlsə, Menbiçin lap mərkəzinə girəcəyik

Çavuşoğlu: Lazım gəlsə, Menbiçin lap mərkəzinə girəcəyik
23 İyun 2018 10:19


Məqsədimiz terror bataqlığını qurutmaqdır ki, buna da addım-addım irəliləyirik.

Realpress.az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Kandil və Menbiç əməliyyatlarına münasibətini bildirərkən deyib.

O, qeyd edib ki, son aylar istər ölkənin sərhədləri daxilində, istərsə də ölkənin sərhədləri boyunca terrora və terrorçulara böyük zərbələr endirilib. Onun sözlərinə görə, artıq bu istiqamətdə böyük məsafə qət edilib.

“Biz terrora və terrorçulara qarşı mübarizəmizi gündən-günə gücləndiririk və böyük uğurlar əldə edirik. Son günlər Kandildə həyata keçirilən əməliyyatlar bunu bir daha sübut edir.

Son əməliyyatlardan birində terrorçuların önəmli adamlarından olan 35 terrorçunun bir araya gəldiyi nöqtəni vurduk və həmin terrorçuları məhv etdik.

Bizim terrorçuların məhv edilməsinə istiqamətlənmiş mübarizəmiz də seçkilərlə bağlı deyil. Bunlar əsassız sözlərdir. Kimsə bizi bu mübarizədən geri döndərə bilməz. Axırıncı terrorçu məhv edilənə qədər bu mübarizəni davam etdirəcəyik.

Kandilin də terrorçulardan təmizlənməsi istiqmətində çox qərarlı və çox əzmili şəkildə irəliyə doğru gedirik. Çox uğrlu bir əməliyyat gedir və istədiyimiz nəticəni də əldə edəcəyik.

Lazım gəlsə, Menbiçin də lap mərkəzinə girəcəyik. Mərkəzinə girməsək, oranın terrorçulardan azad olunub-olunmadığnı haradan biləcəyik?!”-deyə, o, sözlərinə əlavə edib.


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.