Google Chrome brauzeri internetə qoşulmadan işləyəcək

Google Chrome brauzeri internetə qoşulmadan işləyəcək
23 İyun 2018 12:07

"Google Chrome" brauzeri "ağıllı" oflayn rejimlə təchiz edilib. Yenilənmə proqrama smartfona maraqlı materialları yükləməyə və sonradan internetə qoşulmadan onlara baxmağa imkan verir.

"ICTnews" Elektron Xəbər Xidməti "VistaNews" resursuna istinadən yazır ki, yeni "Google Chrome" versiyasının işi çox sadədir. Brauzer avtomatik rejimdə analiz aparan və işləyən süni intellektli oflayn rejimə malikdir. Smartfon internetə çıxış üçün "Wi-Fi" şəbəkəsini aşkarlayan zaman öz alqoritmləri əsasında istifadəçinin marağına uyğun olan səhifələri müəyyənləşdirərək onları yükləməyə başlayır.

Məlumata görə, bu metod baxış tarixçəsinin təhlilinə əsaslanır. Bundan başqa, süni intellekt istifadəçinin olduğu yeri və nəyə üstünlük verməsini öyrənir. Smartfon və "Google Chrome" istifadəçi haqqında müəyyən "fikrə" malik olur və onun əsasında internet saytları seçilir.

Hazırda internetə qoşulmadan işləyən yeni "Google Chrome" versiyası Hindistan, Banqladeş, İndoneziya və Braziliyada istifadəyə verilib. Bu, ABŞ şirkətinin sistemi əvvəlcə internet əhatə dairəsinin zəif olduğu ölkələrdə tətbiq etməsi ilə izah olunur.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.