Şirvanda qətl - 40 yaşlı kişi mehmanxananın qarşısında öldürüldü

Şirvanda qətl - 40 yaşlı kişi mehmanxananın qarşısında öldürüldü
23 İyun 2018 12:25

Şirvan şəhərində qətl hadisəsi baş verib.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Təbəssüm" mehmanxanasının qarşısında baş verib. Şirvan şəhər sakini, 1994-cü il təvəllüdlü İbadov Əziz Loğman oğlu həmin ərazidə şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasov Abas Qulamhüseyn oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə zamanı Ə.İbadov bıçaqla A.Abasovu bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən Ə.İbadov tutulub.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.