YouTubeda populyar kanallar ödənişli olacaq

YouTubeda populyar kanallar ödənişli olacaq
23 İyun 2018 13:20

“Google” şirkətinə məxsus “YouTube” videohostinqi tamaşaçılarının sayı 100 mindən çox populyar kanallar üçün ödənişli abunəçilik sisteminin tətbiqinə başlayır. Yeni funksiyaların təsviri şirkətin bloqunda dərc olunub.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “Channel Memberships” adlanan funksiya ödənişli abunəçilərə unikal nişanlar, emodzi, qrup üzvləri üçün bildirişlər, eləcə də kanal müəlliflərinin əlavə kontenti, o cümlədən videoçarx və birbaşa efirlərdən istifadəyə imkan yaradır. Aylıq abunə haqqı 4,99 dollar təşkil edir.

Bundan başqa, “YouTube” rəhbərliyinin “Teespring” servisi ilə tərəfdaşlığı sayəsində videoblogerlər öz atributlarına malik məhsullarını bilavasitə videoservisin saytında satışa çıxara biləcəklər.

Daha bir yenilik isə kanal müəlliflərinə əvvəlcədən yeni videoçarxların buraxılışını elan etməyə imkan verəcək. Xüsusi “Premyera” bölməsi avtomatik xüsusi gözləmə səhifəsini yaratmağa şərait yaradacaq. Burada tamaşaçılar əvvəlcədən qrup yazışmasında (çatda) danışa biləcəklər.

Xatırladaq ki, həftənin əvvəlində “YouTube” 12 yeni ölkədə ödənişli “YouTube Music” və “YouTube Premium” servislərini istifadəyə verib.

Realpress.az



18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.