Əli Mirəliyevin yaxşı kişi olmayan oğlu, Röyayla Aygün Bəylərin barışığı və metrodakı şortik söhbəti - HƏFTƏBECƏR

Əli Mirəliyevin yaxşı kişi olmayan oğlu, Röyayla Aygün Bəylərin barışığı və metrodakı şortik söhbəti - HƏFTƏBECƏR
25 İyun 2018 08:58

Realpress.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (177-ci say) təqdim edir.


Ötən həftə yazılan bütün şərhləri oxudum və gəldiyim qənaət bu oldu ki, yazının oxunması üçün vulqar, açıq-saçıq ifadələrsiz də keçinmək olar. Düzdür, oxunma sayında müəyyən qədər eniş hiss edilir. Ancaq əsas olan odur ki, həmin yazını oxuduğunu başa düşənlər üçün yazırsan.

Əli Mirəliyev efirdə oğlu haqda xoşagəlməz sözlər işlədib. Deyib ki, yaxşı kişi olsaydı, arvadı qaçmazdı. Əli müəllim bəlkə də musiqimizin tarixini, arxivini bilən 4-5 nəfərdən biridir, amma şəxsi məsələləri bu qədər gündəmə gətirmək, necə deyərlər, sandığı açıb ortalığa tökmək onun nə yaşına, nə də təcrübəsinə yaraşmır. Bu arada deyim ki, övladın tərbiyəsi və tərbiyəsizliyinin bilavasitə valideynə də aidiyyəti var. Yəni, əgər oğul yaxşı deyilsə, məntiqlə ataya da "pay" düşür.

Röya Ayxan Aygün Bəylərlə bağlı məhkəmə iddiasından geri çəkilib. Bəlkə ilk dəfədir ki, Röya haqda tərifli, bəlağətli sözlər yazmaq istədim. Bilirsiniz niyə? Açıqlamanı oxuyun: "Bəli, haqqıma girdin. Məni tanımadan, sənə qarşı haqsızlığım olmadan alın yazıma şübhə etdim. Əziyyətlə qazandığım, neçə ailə dolandırdığım qazancımı "haram" adlandırdın. O gün səni izləyərkən həyatıma nifrət etdim. Ağlayaraq Yaradana sənə cavab versin dedim. Amma o an unutdum ki, sənin qızın var. O, mən yaşayanın 50 faizini doğularkən yaşayıb. Deyirlər ki, günahlarımız övladlarımızın boynuna yazılır. Bunan qorxdum və sənə xoşbəxt ana olmağı arzuladım. Önümə qızınla olan görüntü çıxdı, gözlərim doldu və mən səni bağışladım. İstəyirəm ki, Allah da bağışlasın".

Məncə, bu vəziyyət digər sənətçilər üçün də nümunədir. Həm o mənada ki, kimsə bir-birinin qəlbinə dəyməsin, həm də bağışlamağı bacarsın. İnanıram ki, Aygün Bəylər həmkarının bu jestini cavabsız qoymayacaq.

Gənc müğənni Səttar Rizvanoğlu xanım müğənnilərin bostanına daş atıb. Deyib ki, onların necə qabağa getdiyi məlumdur. Amma maraqlıdır ki, sənətçi söhbətin "necəsini" açıqlamayıb. İndi hərənin ağlına bir fikir gələcək. Məsələn, mənim tanıdığım bütün xanım sənətçilər səhnəyə, sənətə alın təriylə, yüz cür əziyyətə qatlaşa-qatlaşa gəliblər. İndi kimin əziyyəti nədən ibarət olub, o başqa söhbətin mövzusudur.

Müğənni Günay İbrahimli deyir ki, camaat onun səhifəsinə baxıb geyinir. Qulpqoyan dayı deyir ki, bala, yəqin lüt gəzənlər sənin səhifənə baxa bilməyənlərdi, hə? Yeri gəlmişkən, soruşum, kim Günayın səhifəsinə baxıb geyinir? Cavablarınızı şərhdə oxuyacağam, maraqlıdır.

Hə, bir də ötən həftə metroda baş vermiş şortik qalmaqalı vardı. Hansı ki bu qalmaqal əksər məşhurların da marağına səbəb olmuşdu və bir çoxları məhz qızın tərəfindəydilər. Dostlar, təbii ki, kimin necə geyinməyi şəxsi işidir. Amma videoya diqqətlə baxın, görəcəksiniz ki, orada etiraz edənlər daha çox qızın davranışlarını qınayırlar. Yəni, necə istəyirsən, o cür də geyin, amma davranışını bil. Məsələ bu qədər sadədir.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.