Vəzifə başında dünyasını dəyişən azərbaycanlı məmurlar...

Vəzifə başında dünyasını dəyişən azərbaycanlı məmurlar...
25 İyun 2018 11:57

Ötən gün – iyunun 23-də Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Səhhətində ciddi problemlər olmasına baxmayaraq, mərhum nazir vəzifə postunu tərk etməmişdi.

 Y.Camalov səhhətindəki ciddi problemlər üzündən vəzifə başında dünyasını dəyişən ilk yüksək çinli məmur deyil.

Realpress.az Modern.az-a istinadən bundan öncə baş vermiş belə hadisələrin qısa xronologiyasını diqqətinizə çatdırır.

Azərbaycan səhiyyə nazirinin müavini Abbas Vəlibəyov bu il aprelin 8-də 71 yaşında vəfat edib. O, öldüyü anadək nazir müavini işləyirdi.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov da vəzifə başında dünyasını dəyişən yüksək ranqlı şəxslər sırasındadır. O, bu il fevralın 18-də vəfat edib.

Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatını da xatırlamamış olmazsınız. N.Əliyev ötən il iyunun 3-də Bakıda keçirdiyi ürək tutmasından sonra müalicə üçün Türkiyəyə aparılmışdı. Türkiyə “Florence Nightingale” klinikasına yerləşdirilən N.Əliyev 2017-ci il iyunun 8-də beyin insultu keçirmiş və dünyasını dəyişmişdi.

Arif Vəliyev Dövlət Statistika Komitəsinin (DSK) sədri vəzifəsini tərk etmədən dünyasını dəyişmişdi. O, 2014-cü il iyunun 23-də uzun sürən xəstəlikdən sonra vəfat etmişdi. A.Vəliyev 1993-cü ilin mayından ölən günə kimi həmin vəzifədə çalışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mərhum prezidenti, akademik Mahmud Kərimov 2013-cü fevralın 10-da ürəktutmasından dünyasını dəyişəndə elə həmin postda çalışırdı. 

65 yaşında vəfat etmiş M.Kərimov xüsusi təyyarə ilə Türkiyəyə aparılanda elə yoldaca keçinmişdi.

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov vəfat edəndə istirahətdəydi. O, 2017-ci il iyulun 7-də Qusar rayonunda dincələrkən ürək tutmasından dünyasını dəyişib.


29 Mar 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

29 Mar 2024
Cəmiyyət

Manat bu valyutalar qarşısında bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

29 Mar 2024
Cəmiyyət

10 yaşımda çıxdığım Füzuliyə indi geri dönürəm - Gülnarə Talıbova

Füzulidən çıxanda 10 yaşım var idi. İndi elimə-obama geri dönürəm

29 Mar 2024
Cəmiyyət

Şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

Məktəbəhazırlıq qruplarında , 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq. Aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq.