Sarkisyanı həbs gözləyir - ŞƏRH

Sarkisyanı həbs gözləyir - ŞƏRH
25 İyun 2018 12:46


Böyük ehtimal ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan həbs olunacaq. 

Bu fikirləri Realpress.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. 

Onun sözlərinə görə, Sarkisyan Ermənistanın yeni baş naziri Nikol Paşinyanın tətiyinə tuş gəlib. 

“Ona qarşı artıq korrupsiya və vergidən yayınma maddəsi ilə cinayət işi açılıb. Sarkisyana və onun ailəsinə məxsus obyektlərdə axtarış işləri aparılır. 

Paşinyan rejimi Sarkisyanın arxına çıxacaq və o həbs ediləcək. 

İlk növbədə həbsxanaya Sarkisyanın yaxınları və ailə üzvləri düşəcək, sonra isə sabiq prezident özü həbs ediləcək. Bu proses bir az yubanacaq”, - A.Nağıyev deyib. 

Ekspert qeyd edib ki, Paşinyan vəziyyətə görə hərəkət edir:

“Ona lazım olanda Paşinyan Sarkisyanın “korrupsiya kartından” istifadə etdi. Bununla yanaşı, qeyd edim ki, Sarkisyanın bütün var-dövləti Qarabağdan gəlirdi. İndi Paşinyan öz istəyinə çatıb və fikirləşir ki, “kart”sız da oynaya bilər”.

Müsahib bildirib ki, Sarkisyanın Qarabağda çoxlu tərəfdarları var və bu, Paşinyana mane olur. 

“Məhz bu səbəblərə görə Paşinyan tez-tez işğal altındakı Qarabağa gedir. 

O, hətta deyib ki, öz oğlunu Qarabağda əsgər görmək istəyir. Ancaq, yəqin ki, ona bunun pis nəticələr doğuracağını başa saldılar. Hazırda o, bu fikrindən vaz keçib”, - Nağıyev qeyd edib. 

Politoloqun fikrincə, indi Paşinyan Sarkisyanın Respublika Partiyasının nüfuzunu zəiflətməyə çalışır. 


29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.