Türk ekspert: Ərdoğan ilk səfərini Bakıya edəcək

Türk ekspert: Ərdoğan ilk səfərini Bakıya edəcək
25 İyun 2018 14:19


Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən Azərbaycan prezidenti İlham Əliyev olub. Prezidentlər iki ölkə və onların liderləri arasında qardaşlıq münasibətlərinin nə dərəcədə möhkəm olduğunu göstərirlər. 

Bu sözləri Realpress.az-a açıqlamasında türkiyəli politoloq, “Strategic Outlook” şirkətinin eksperti Mehmet Emin Erendor deyib. 

O bildirib ki, Ərdoğanın inauqurasiyadan sonra ilk səfərini Azərbaycana edəcəyi istisna deyil. 

Rəcəb Tayyib Ərdoğan 52,5 faiz səs toplayaraq, prezident seçkilərində qələbə qazanıb. Onun əsas rəqibi İncə 30,7%, Demirtaş 8,3%, Akşener 7,4%, Karamollaoğlu 0,9%, Perinçek isə 0,2% səs toplayıb. 

Ekspertin sözlərinə görə, Ərdoğan müxalifətin zəifliklərindən istifadə edib və özünü ən yaxşı tərəfdən göstərdib. 

“Prezidentin səlahiyyətləri artırılacaq, nazirliklərin sayı azaldılacaq, parlamentdəki deputatların sayı isə 550-dən 600-ə çatdırılacaq. Kürd partiyası parlamentə daxil oldu, “Yaxşı” partiyası da hökumətdə təmsil olunacaq. 

Burada əsas məsələ güclü prezidentin yanında parlamentin nə qədər güclü olacağıdır”, - Erendor qeyd edib. 


19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.