İmişlidə ağır qəza: Bir ölü, səkkiz yaralı

İmişlidə ağır qəza: Bir ölü, səkkiz yaralı
25 İyun 2018 15:13


İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Realpress.az APA-ya istinadən xəbər verir ki, İmişlidə A. Şadlınski küçəsində Sarıxanlı kənd sakini, 1970-ci il təvəllüdlü Əsədov Babək Behbud oğlunun idarə etdiyi 90-BB-693 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobil Şahverdili kənd sakini, 1995-ci il təvəllüdlü Əmirov Elton Məmmədağa oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-SG-519 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, sərnişinlər -  Sarıxanlı kənd sakinləri, 2007-ci il təvəllüdlü Əsədov Rəşad Babək oğlu, 1959-cu il təvəllüdlü Babayev Pencalı Feyruz oğlu, 1990-cı il təvəllüdlü Babayeva Leyla Pencalı qızı,  1963-cü il təvəllüdlü Babayeva Minarə Behbud qızı, 1995-ci il təvəllüdlü Fərzalızadə Coşqun Mahir oğlu, “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişinləri - Məmmədli kənd sakini, 2011-ci il təvəllüdlü Rəhimli Yusif Zahid oğlu, sərnişini, 1988-ci il təvəllüdlü Əhmədov Nail Mail oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.