Əli Mirəliyev: Oğlum arvadını döyürdü, əcəb edirdi - VİDEO

Əli Mirəliyev: Oğlum arvadını döyürdü, əcəb edirdi - VİDEO
25 İyun 2018 15:32


ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonaqları müğənni Əli Mirəliyevin oğlu Taleh Mirəliyev və qızı Samirə Mirəliyeva olub.

Realpress.az xəbər ki, ötən verilişdə müğənninin nəvəsini tərk edən gəlini haqqındakı sərt fikirləri birmənalı qarşılanmayıb.

Efirə telefonla bağlanan sənətçinin qonşusu Nailə Əliyeva qalmaqalı yenidən böyüdüb.

Efirdə Mirəliyevlər ailəsini ifşa edən qonşu olduqca kəskin iddialar səsləndirib:

“Siz qıza işgəncə edirdiniz. Heç bir qadın xoşbəxt ailəsini tərk edib getməz. Görün nə həddə çatdırıblar ki, ana uşağını qoyub gedib. Siz ailədə fironluq etməyi xoşlayırsız. Belə çıxır ki, sizin qızınız da ərinin üstündə fironluq edir. Necə ki, oğlunuz da Aylanı döyürdü. Bilmirdi ki, qaçırdığı qız nişanlıdır?” 

Bu sözlərin ardından Əli Mirəliyev oğlunu müdafiəyə qalxıb:

“Döyürdü, əcəb edirdi, dilini dinc qoymurdu. Nişanlı qız gəlib oğlumla qaçıb”.

Daha sonra müğənnin qızı Samirə, qardaşı Taleh Mirəliyevin qızı qaçırdığını yox, qızın Talehi qaçırdığını iddia edib:

“Qız qardaşımı qaçırıb. Qardaşımın 19 yaşı olub. Qız Talehdən 1 yaş böyük olub. Bunların arasında münasibət olub, amma qızı sonra nişanladılar. Biz bilməmişik. Qız bir gün zəng edib və bunlar gizlin danışıblar. Çünki artıq biz də bu qızı ikinci mərhələdə istəmirdik. Qızın da anası, atası istəmirdi. Yəni, ailələr bir-birini istəmirdi. Bu qız zəng edib, qardaşıma deyib ki, evdən çıxmışam, gəl məni apar. Bu da cavan uşaq, götürüb gedib və bunun cəzasını da çəkib”.

Taleh Mirəliyev isə özünün belə müdafiə edib: 

“Onu qaçırmamışam. Onu uşağımla Türkiyəyə istirahətə göndərmişəm. Sonra qayıdıb və yenidən Türkiyəyə qaçıb. Gedib Türkiyədən tapmışam. Yaxşı qadın Türkiyəyə qaçar? İki min kilometr gedəndə fikirləşmirdi ki, hara gedirdi?”


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.