Türkiyədə keçirilən prezident seçkilərinə CHP-dən namizədliyini irəli sürən və 30,7% səslə ikinci olan Məhərrəm İncə mətbuat konfransı keçirib.
Realpress.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, konfransın əvvəlincə İncə zalda TRT əməkdaşlarının olub-olmaması ilə maraqlanıb.
Ona TRT çəkiliş heyətinin zalda əyləşdiyini bildiriblər. Bu zaman İncə TRT əməkdaşlarının zalı tərk etməsini istəyib:
“TRT-ni bayıra çıxarın. Mitinqlərimi işıqlandırmadınız, burada iştirak etməməlisiniz”.
Bundan sonra TRT əməkdaşları zaldan çıxarılıb.
Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.
2024-cü ilin yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon 69 min 881 ton yük daşınıb.
Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.