Meksikada bir şəhərin bütün polisləri həbs edildi

Meksikada bir şəhərin bütün polisləri həbs edildi
25 İyun 2018 16:50


Meksikanın Quanaxuato ştatının Okampo şəhərinin bütün polis əməkdaşları həbs edilib. Onlar siyasətçi Fernando Anxeles Xuanresin ölümündə şübhəli bilinir. 

Realpress.az xəbər verir ki, bununla bağlı REN TV məlumat yayıb. 

Qeyd edilib ki, mer postuna namizəd iyunun 21-də güllələnib. O, Demokratik İnqilab Partiyasının üzvü olub. 

“Independent” qəzetinin məlumatına görə, şəhər ictimai təhlükəsizlik şöbəsinin rəhbərinin cinayətlə bağlılığı olub. Qalan polislər isə davranış kodekslərini pozublar.

Hazırda ştat rəhbərliyi araşdırmaları davam etdirir. 


25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.

25 Apr 2024
Dünya

Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu

Qazaxıstan və Böyük Britaniya hökumətləri arasında strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanıb.