Körpə dayısının “KamAZ”ı altında can verdi - YENİLƏNİB

Körpə dayısının “KamAZ”ı altında can verdi - YENİLƏNİB
25 İyun 2018 16:53


Salyan rayon sakini “KamAZ”la bacısının və onun dörd yaşlı oğlunun üstündən keçib, uşaq ölüb.

Realpress.az Report-a istinadla xəbər verir ki, dörd yaşlı Əli Məmmədov “KamAZ” kabinəsindən düşüb və hərəkətdə olan maşının qabağına qaçıb.

Bu zaman Ə.Məmmədovun anası, Günel Məmmədova uşağı tutmaq üçün yük maşınının qarşısına çıxıb. Ana və oğlu “KamAZ”ın altında qalıb. Hadisə zamanı dörd yaşlı Ə.Məmmədov ölüb, anası G.Məmmədova isə ağır bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Qeyd edək ki, G.Məmmədova “KamAZ”ın sürücüsü, Ərmulla Aslanovun bacısıdır. 

Faktla bağlı araşdırma aparılır.

16:37

Salyanda yük maşını piyadaları vurub.

realpress.az APA-ya istinadən xəbər verir ki, hadisə Boranıkənd kəndində qeydə alınıb.

“KamAZ” markalı yük maşını yolu keçən 1994-cü il təvəllüdlü Məmmədova Günel Nurulla qızını və onun dörd yaşlı övladını vurub. Uşaq hadisə yerində ölüb, ana isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.