Kanadada Heydər Əliyev adına Kanada-Azərbaycan Dostluq Evi açılıb-FOTO

Kanadada Heydər Əliyev adına Kanada-Azərbaycan Dostluq Evi açılıb-FOTO
25 İyun 2018 17:50

Kanadada Heydər Əliyev adına Kanada-Azərbaycan Dostluq və Mədəni Əlaqələr Evi açılıb.

Dostluq Evinin yaradılmasının təşəbbüskarları dirijor və bəstəkar, Azərbaycanın Əməkdar Mədəniyyət Xadimi, hər il Niaqara beynəlxalq festivalı çərçivəsində milli musiqimizə həsr olunmuş simfonik konsertlər və Azərbaycan Muğamı Günləri keçirən İsmayıl Hacıyev, habelə onun qardaşı, Heydər Əliyev adına beynəlxalq festivalın baş direktoru, Bakı Musiqi Akademiyasının dosenti Mikayıl Hacıyevdir.

Hacıyev qardaşlarının təşəbbüsü Kanadanın Niaqara vilayətinin qubernatoru lord Gerri Borou tərəfindən hərarətlə dəstəklənib.

Kanada-Azərbaycan Dostluq Evinin yaradılmasında əsas məqsəd iki ölkə arasında, həmçinin ABŞ, Avropa və Asiyanın aparıcı ölkələri ilə qarşılıqlı mədəni əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsidir.

AZƏRTAC-ın müxbiri ilə söhbətində Mikayıl Hacıyev bildirib ki, hazırda Dostluq Evi böyük mədəni tədbir hazırlayır. Vaşinqtonda, dünyanın ən nüfuzlu konsert salonlarından birində - “Carnegie Hall”da Azərbaycan və Qərbi Avropanın simfonik musiqi inciləri səsləndiriləcək. Konsertdə Kanada, ABŞ və Azərbaycanın tanınmış musiqiçiləri iştirak edəcəklər. Azərbaycan muğamının böyük həvəskarı olan qubernator Gerri Borou “Carnegie Hall”da keçiriləcək bu tədbirin bir gününü muğama həsr etməyi təklif edib.

Heydər Əliyev adına Kanada-Azərbaycan Dostluq və Mədəni Əlaqələr Evi Sankt-Peterburq Dövlət Opera və Balet Teatrının baş dirijoru, Rusiya Federasiyasının Xalq Artisti Valeri Gergiyev ilə möhkəm əlaqələr qurub. Həmçinin, onunla İsmayıl Hacıyevi sıx yaradıcılıq telləri bağlayır. Onlar Sankt-Peterburq Konservatoriyasında məşhur pedaqoq, professor İlya Musinin sinfində oxuyublar. Hazırda dünyanın müxtəlif ölkələrində ifa olunması məqsədilə V.Gergiyev Azərbaycanın musiqi klassiklərinin əsərlərinin partiturasını alıb. Gələcəkdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasını Mariya Teatrında səhnələşdirmək, həmçinin tanınmış musiqiçilərin Azərbaycandan Kanadaya – Niaqara beynəlxalq festivalında iştirak üçün dəvət etmək planlaşdırılır.

Mikayıl Hacıyev deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yorulmaq bilməyən fəaliyyəti sayəsində ölkəmizin mədəniyyəti və incəsənətinin nüfuzu dünyada o dərəcədə artıb ki, bizə Azərbaycan musiqisinə həsr olunmuş konsertləri nəinki Kanada və ABŞ-da, hətta Avropanın Böyük Britaniya, Almaniya, Fransa və digər ölkələrində keçirməyi təklif edirlər. Həmçinin bizə dünyanın aparıcı ölkələrində analoji Dostluq və Mədəni Əlaqələr evlərini açmaq təklif olunur”.

Realpress.az



6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.