Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır
16 İyul 2018 11:50

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Realpress.az-a verilən məlumata görə, müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları "Rezidentura" jurnalının 3-cü nömrəsində dərc olunmuş "Rezidenturaya qəbul aparılan ixtisaslar" bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.

Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiq etməyənlər müsabiqəyə buraxılmayacaqlar.


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.