Turizm güzgüsü: Azərbaycana gələn ərəblərin sayı açıqlandı

Turizm güzgüsü: Azərbaycana gələn ərəblərin sayı açıqlandı
17 İyul 2018 12:18


Dövlət Sərhəd Xidməti yanvar-iyun ayları üzrə ölkə ərazisinə daxil olan və çıxan şəxslərin statistikasını açıqlayıb.

Realpress.az xəbər verir ki, hesabat dövründə Azərbaycana dünyanın 189 ölkəsindən 1 mln. 325 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Azərbaycana daha çox kişilər səfər edib 

Qeyd edək ki, gələnlərin 30,5 faizi Rusiya Federasiyası, 21,1 faizi Gürcüstan, 11,1 faizi İran, 10,8 faizi Türkiyə, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi İraq, 2,0 faizi Ukrayna, 18,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 68,5 faizini kişilər, 31,5 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 14,1 faizi yanvar, 12,5 faizi fevral, 20,9 faizi mart, 16,5 faizi aprel, 15,7 faizi may, 20,3 faizi isə iyun ayında ölkəyə gəlib.

Ölkəyə gələn ərəblərin sayı artıb, farslar isə azalıb

Cari ilin yanvar-iyun aylarında Körfəz ölkələrindən (İran istisna olmaqla) gələnlərin sayında  daha çox artım müşahidə edilib.  Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 5,1 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3,5 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,6 dəfə, Qətər vətəndaşlarının sayı 2,1 dəfə, Oman vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 44,3 faiz, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 8,8 faiz artıb.

İrandan gələnlərin sayında 18,8 faiz azalma müşahidə edilib. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4,9 faiz artaraq, 276,6 min nəfər olub. Ümumilikdə ölkəmizə gələnlərin, demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən gəlib.

2018-ci ilin yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  6,3 faiz artaraq 53,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,5 faiz artaraq 478,3 min nəfər olub.  

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,9 faizi dəmir yolu və avtomobil, 39,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

Gürcüstana və Türkiyəyə gedən azərbaycanlıların sayı azalıb

2018-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq, 2019,8 min nəfər olub.

Ölkə vətəndaşlarının 30,7 faizi Gürcüstana, 28,7 faizi İrana, 21,2 faizi Rusiya Federasiyasına, 12,7 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,2 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 68,8 faizi kişilər, 31,2 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 22,8 faiz artıb. Türkiyəyə gedənlərin sayı 6,8 faiz, Gürcüstana gedənlərin sayı 0,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,6 faiz azalıb.

Cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 80,2 faizi dəmir yolu və avtomobil, 18,9 faizi hava, 0,9  faizi isə su nəqliyyatından istifadə edib.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.