Alimlər görmə qabiliyyətinin itirilməsinin qarşısını almağın üsulunu tapıblar

Alimlər görmə qabiliyyətinin itirilməsinin qarşısını almağın üsulunu tapıblar
27 İyul 2018 12:47

Londonun İmperiya və Universitet kolleclərinin tədqiqatçıları kurkumin maddəsinin orqanizmə yeridilməsinin yeni üsulunu işləyib hazırlayıblar. Alimlərin fikrincə, bu üsul qlaukomanın erkən mərhələdə səmərəli diaqnozlaşdırılmasına və müalicə olunmasına kömək edəcək.

Realpress.az AZƏRTAC-a istinadən bildirir ki, sarıkökün tərkibindəki bu piqment gözün tor qişasının sinir hüceyrələrini zədələnmədən qoruyur. Əvvəllər tədqiqatçılar hesab edirdilər ki, kurkumini yalnız həb şəklində qəbul etmək olar. Amma bu üsul bir o qədər də səmərəli deyildir, çünki kurkumin qanda yaxşı həll olmur. Bu maddənin yetərincə dozasını əldə etmək üçün insan gündə 24 həb qəbul etməlidir ki, bu da həzm prosesində problemlər yaradır.

Alimlər "nanodaşıyıcı" işləyib hazırlamaqla bu problemi həll ediblər. Nanodaşıyıcının tərkibindəki kurkumin sağlamlıq üçün zərərsiz olan və göz damcılarında istifadə olunan səthi-aktiv maddənin içindədir.

Mütəxəssislər bildirirlər ki, yeni metod kurkuminin keçiriciliyini 400 min dəfə artırır və maddəni göz toxumalarında səmərəli şəkildə lokallaşdırmağa imkan verir. Qlaukomadan əziyyət çəkən siçovullar üzərində aparılan təcrübələr göstərib ki, damcı dərmanından istifadə olunması tor qişasının deqradasiya sürətini azaldır.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.