Xəyyam Mirzəzadə dəfn olunub — YENİLƏNİB

Xəyyam Mirzəzadə dəfn olunub — YENİLƏNİB
31 İyul 2018 15:11

Bu gün Aərbaycanın xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilib.

Realpress.az xəbər verir ki, Bakı Musiqi Akademiyasında keçirilən vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri iştirak edib. Vida mərasimində sonra mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, X.Mirzəzadə uzun sürən xəstəlikdən sonra ötən gün vəfat edib. O, 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışıb. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.

***

Azərbaycanın xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi başa çatıb.

Realpress.az-ın APA-ya istinadən məlumatına görə, Bakı Musiqi Akademiyasında keçirilən vida mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri iştirak edib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəz Qarayev X.Mirzəzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib: "Bu gün Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri ilə vidalaşırıq. Onun musiqisi dünyanın  bir çox ölkələrində  səslənərək rəğbət qazanıb. Heç kəs bu dünyada əbədi qalmır, illər keçir, dövr dəyişir, amma bu dünyadan köçənlər insanların yaddaşında əməlləri, yaratdığı əsərlər və xoş təəssüratları ilə qalır. Allah rəhmət eləsin".

Bəstəkar, xalq artisti Faiq Sücəddinov  X.Mirzəzadənin vəfatının ağır bir itki olduğunu  və onun həmişə qəlblərdə yaşayacağını  deyib.

Vida mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin dekanı, professor Nərminə Quliyeva, Akademiyanın  prorektoru Zemfira  Qafarova mərhum bəstəkarla bağlı xatirələrini bölüşüblər.

Ailəsi adından mərhumun oğlu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi Pərvin Mirzəzadə vida mərasimində iştirak edənlərə təşəkkür edib.

Mərhumun cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana aparılıb.

***

Azərbaycanın xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilir.

Realpress.az-ın məlumatına görə, Bakı Musiqi Akademiyasında keçirilən vida mərasimində mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, bəstəkarın ailə üzvləri iştirak edirlər.

Qeyd edək ki, uzun müddət xəstəlikdən əziyyət çəkən X. Mirzəzadə dünən öz evində vəfat edib. 

Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışıb. 

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.