Erməni xəbər saytını Rusiya hərbi bazası maliyyələşdirirmiş

Erməni xəbər saytını Rusiya hərbi bazası maliyyələşdirirmiş
01 Avq 2018 11:33


“Azdarar.am” adlı sayt rəsmi olaraq bəyan edib ki, bu media qurumuna aid “Razm.info” adlı hərbyönümlü xəbərlər yayan portal qonşu dövlətlərin elektron mətbuatında yayılan materialların icmalını hazırlaması qarşılığında 2016-cı ildə 100 min rubl (1600 dollara yaxın) pul alıb.

Realpress.az xəbər verir ki, bununla əlaqədar “forrights.am” saytında jurnalist Robert Ananyanın müəllifi olduğu yazı yerləşdirilib.

Yazıda deyilir ki, portal xəbərlərində davamlı olaraq, Türkiyə və Azərbaycanı “düşmən” adlandırırmış, peşəkar KİV isə bu ölkələri “rəqib” adlandırırlar.

“Əgər Rusiya pulları ilə dolanan ekspertlərə diqqət yetirsək, görərik ki, onların əsas məqsədi Ermənistan və Azərbaycan arasında düşmənçiliyin artırılmasıdır”, - o deyib.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.