Azərxalçanın filialları yeni nəqliyyat vasitələri ilə təmin olunub

Azərxalçanın filialları yeni nəqliyyat vasitələri ilə təmin olunub
01 Avq 2018 12:29

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) respublikamızın bölgələrində 10 filialı fəaliyyət göstərir. Bu filiallar üçün tikilən binalar lazımi avadanlıqlarla təmin olunub. Müasir və işıqlı filial binalarında toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu yaradılıb. Bütün bunlarla yanaşı, filiallarda çalışanların iş yerinə rahat gediş-gəlişinin qayğısına da qalınıb. Dövlət başçısının tapşırığı ilə “Azərxalça”nın hazırda fəaliyyət göstərən Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Ağdam və Füzulu filialları avtobusla təmin olunub.

“Azərxalça” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilin sonunadək fəaliyyətə başlayacaq filiallar üçün də nəqliyyat vasitələri alınaraq artıq ölkəmizə gətirilib.

“Azərxalça”nın aldığı 18 ədəd “Hyundai” markalı avtobus sərnişindaşıma ilə bağlı müəyyənləşdirilən tələblərə tam cavab verir. Bu avtobusların hər biri 38 sərnişin yerlikdir. Dizel yanacağı ilə işləyən avtobusların mühərriki “AVRO 4” standartına uyğundur. Avtobusların geniş salonunda sərnişinlərin rahatlığı nəzərə alınıb, havalandırma yeri və kondisioner quraşdırılıb.

Yeni nəqliyyat vasitələri toxucuların rahat və təhlükəsiz şəraitdə mənzil başına çatdırılmasına imkan verəcək.

Realpress.az


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.