Yerevanda işğal olunmuş torpaqların qaytarılmasına çağırış edildi

Yerevanda işğal olunmuş torpaqların qaytarılmasına çağırış edildi
01 Avq 2018 12:48


“Erməni Milli Konqresi”nin üzvü (Levon Ter-Petrosyanın partiyası - red.) Zoya Tadevosyan jurnalistlərlə görüşü zamanı işğal altındakı Dağlıq Qarabağ ətrafındakı yeddi rayonla bağlı bəyanat yayıb. O bildirib ki, bu münaqişəni həll etmək üçün işğal edilmiş torpaqlar Azərbaycana qaytarılmalıdır. 

Realpress.az bununla bağlı erməni KİV-ə istinadla xəbər verir. 

Belə ki, Tadevosyanın sözlərinə görə, Qarabağ müharibəsi zamanı “azad edilmiş” ərazilər Dağlıq Qarabağ ərazisi hesab edilmir: 

“Biz onları “azad edilmiş” adlandırırıq. Ancaq hamımız yaxşı bilirik ki, bu ərazilər ələ keçirilib”.

Jurnalistlərin bu ərazilərin qaytarılması ilə bağlı sualına Tadevosyan belə cavab verib:

“Heç kim məndən inciməsin, buna mən qərar vermirəm. Bu məsələ həmişə həmsədrlər tərəfindən qaldırılıb və danışıqlar masası ətrafında müzakirə edilib. Əziz jurnalist, məndən incimə və cavabdeh olmadığım məsələni tələb etmə. Əgər münaqişə torpaqların qaytarılması ilə həll olunsa, bu, düzgün addımdır. Əgər bütün ölkələr problemi belə həll etməyə razılaşsalar, onda...”

Tadevosyan əlavə edib ki, erməni tərəfi bu əraziləri azad edilmiş hesab edir, halbuki beynəlxalq ictimaiyyət isə bu əraziləri ələ keçirilmiş və ya işğal edilmiş kimi qəbul edir. 

Öz növbəmizdə, bildirək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon (Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qudablı və Zəngilan rayonları) işğal edilib. 

Bir milyondan çox insan Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olub.

1994-cü ilin mayında atəşkəs razılaşmalarından sonra aparılan sülh danışıqlarında beynəlxalq həmsədrlər daim bəyan ediblər ki, Azərbaycanın işğal olunmuş yeddi rayonu geri qaytarılmalı, sonra isə Dağlıq Qarabağın statusu haqqında müzakirələr aparılmalıdır.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.