Əməkdar artist vəfat etdi - YENİLƏNİB

Əməkdar artist vəfat etdi - YENİLƏNİB
02 Avq 2018 08:53


Atam komada idi. Bir saata yaxın olar ki, dünyasını dəyişib.

Bu sözləri Realpress.az-a Əməkdar artist Həsənağa Sadıqovun oğlu Elşən Sadıqov deyib.

O, atasının vəfat etdiyini təsdiqləyib.

Qeyd edək ki, bu gün Həsənağa Sadıqovun ölüm xəbəri çıxsa da, sonradan oğlu və yaxınları sənətçinin ölmədiyini, can üstə olduğunu bildirmişdi.

15.05

Əmim sağdır, ölməyib.

realpress.az xəbər verir ki, bu sözləri ölüm xəbəri yayılan Əməkdar artist Həsənağa Sadıqovun qardaşı qızı Afaq Sadıqova sosial şəbəkədə yazıb.

O bildirib ki, Sadıqov özünə gəlib:

“Allahdan mənim ömrümdən alıb, əmimə verməsini istəyirəm. Əmimdən doymamışam. Nəfəsim yoxdur sanki. Atama yazığım gəlir. Əmim üçün dua edin”.

13:35

Bir müddətdir xəstəlikdən əziyyət çəkən Əməkdar artist Həsənağa Sadıqov vəfat edib.

realpress.az xəbər verir ki, o, 67 yaşında dünyasını dəyişib.

Onu da əlavə edək ki, mərhum xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Əməkdar artistin dəfn mərasimi Salyan rayonunda keçiriləcək.

Qeyd edək ki, sənətkar 1968-ci ildə Salyan şəhər 2 saylı orta məktəbi bitirib.

1963-cü ildə Bakıda Həsənağa Sadıqovun ilk maqnitofon kaseti çıxıb, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb.

Həsənağa Sadıqov bacarıqlı və istedadlı musiqiçi kimi nəzəri ixtisasının artırılmasına da xüsusi fikir verib. Belə ki, o, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetini “Mədəni-marif işi” ixtisası üzrə bitirib. 

1985-ci ildə Ümumdünya musiqi festivalında iştirak edən H.Sadıqov bacarıqlı musiqi istedadı ilə münsiflər heyətinin və tamaşaçıların dərin rəğbətini qazanıb, festivalın qızıl medalı ilə təltif olunub. Həsənağa Sadıqov Amerika Birləşmiş Ştatlarında, Norveçdə, Vyetnamda, Almaniyada, eləcə də, Afrika qitəsinin bir çox ölkələrində geniş konsert proqramı ilə çıxış edib.



6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.