Məşqdən sonra duş qəbulunun sağlamlığa təsiri

Məşqdən sonra duş qəbulunun sağlamlığa təsiri
03 Avq 2018 11:17

Çox məşq edib, tərləyib və dərhal sonra duş qəbul edirsiniz? Bu məntiqli görsənsə də, hər gün duş qəbulu dərinizin müdafiə təbəqəsinə zərər verir və dərinizdəki bakteriyaların tarazlığı pozulur. Beləki, bir çox dəri xəstəlikləri məhz “xeyirli bakteriyaların” azlığından irəli gəlir.

Göbələk xəstəliyi kimi təhlükələr olan idman zallarında duş qəbulu həqiqətən təhlükəsizdirmi? Bəli, əksər hallarda cavab “bəli, təhlükəsizdir” olmalıdır, lakin hər səfərində bundan qaçmaq üçün də bir neçə səbəb var.

Həddindən artıq təmizlik və duş qəbulu bizim dərimizi lazımı bakteriyalardan təmizləyir. Nitrosomonas eutropha (amonyak oksidlədici bir bakteriya) bir zamanlar dərimizdə olsa da, onu məhv etməyə başlamışıq. Elm adamlarının sözlərinə görə bu bakteriyalar tərimiz ilə qarışıb nitrit və nitrik oksidinə çevrilərək bizim dərimizi təmiz qalmasına, həzmin yaxşılaşmasına və həmçinin iltihablardan qarşısının alınmasına kömək edirdi. Müasir insanlarda bu bakteriyalar yoxdu, alimlər bunları yalnız Amazon Aborogenlərində tapıblar. ABŞ’ın bəzi sabun istehsalçıları probiyotik mikroorganizmləri artıq sabunların tərkibinə əlavə etməyə başlayıblar.

Dərinizdəki bakteriya tarazlığını saxlamaq naminə məşqdən sonra duş almağı azaltmaq üçün bəzi məsləhətlər təqdim edirik.

Duş qəbulunu azaltmaq üçün

Qaçış və yüngül kardiodan sonra: məsləhətimiz, sadəcə ağırlıqlarla işlədiyiniz günlərdə duş qəbul edəsiniz. Yüngül qaçış duş qəbulunu labüd etmir.

Evdə məşqdən sonra: Çox kirlənmədiğiniz halda hər səfərində duş qəbul etməyiniz vacib deyil. Sadə, sabun və şampunsuz duş qəbulunu da seçə bilərsiniz. Hər gün məşq etmirsiniz isə gün aşırı duş qəbulu daha uyğundur.

İdman zalından sonra: İdman zalında məşqdən sonra duş qəbulu məcburi görünsə də, bəlkə də həmişə gərəkli olmaya bilər. İnfeksiya riskini azaltmaq üçün trenajorları dəsmalınız ilə silə bilərsiniz. Həmçinin dəsmal sizi trenajorlar ilə birbaşa təmasdan qoruya bilər.

Sabun haqqında bir iki söz

Əslində duş qəbulunun tezliyi yox, antibakteriyal sabunlardan istifadə tezliyi önəmlidir. Bu sabunların tərkibində olan triklosan hormon dəyişikliklərinə səbəb olur ki, bunlara sperma da daxildir. EMBO Reports’da 2014cü ildə nəşr edilən bir araştırmada triklosanın spermadakı kalsiy səviyyəsinin artırdığı və onların hərəkət davranışları və keyfiyyətini aşağı saldığını aşkar edilmişdir.

Antibakteriyal sabunlar etibarlı və təsirli olmurlar. Adi iysiz kastil sabunlar da zərərli orqanizmləri məhv etməyə qadirdilər. Lakin məqsədiniz daha yaxşı bakteriyal tarazlıqdırsa, probiyotik sabunlardan istifadə edə bilərsiniz.

Realpress.az


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.