Paşinyanın tam legitimliyi yoxdur - MÜSAHİBƏ

Paşinyanın tam legitimliyi yoxdur - MÜSAHİBƏ
03 Avq 2018 15:50


Rusiyanın Strateji Araşdırmalar İnstitutunun eksperti Konstantin Tasits realpress.az-a müsahibə verib. 

- Yaxın günlərdə Nikol Paşinyanın Ermənistan baş naziri postuna seçilməsinin 100 günlüyü tamam olacaq. Bununla əlaqədar Ermənistanın hökumət başçısı tərəfdarlarını “Facebook” üzərindən mitinqə çağırıb.

Paşinyan xüsusilə qeyd edib ki, mitinqlərdə xalqla görüş üçün çox darıxıb. Siz Ermənistan hökumətinin ölkənin əhalisi ilə bu formatda əlaqələrini necə qiymətləndirirsiniz? Paşinyan bununla Kremlə xalqın onu dəstəklədiyini nümayiş etdirmək istəyir?

- Mənə elə gəlir ki, mitinq Ermənistanın daxili siyasi konteksti ilə daha çox bağlıdır. Növbədənkənar parlament seçkiləri keçirilməyənədək Paşinyan tam legitim olmayacaq. Onun əsas dəstəyi onu bu posta gətirən küçədəki xalqdır. 

Erməni baş nazir atdığı ilk addımların müsbət və doğru olduğu ilə bağlı xalqın həqiqi dəstəyini qazanmağa çalışır. 

- Ermənistanın yeni baş naziri ölkədə korrupsiya elementləri ilə mübarizə istiqamətini götürüb. Bundan başqa, 2008-ci ildə baş verən hadisələr səbəbindən sabiq prezident Robert Koçaryanı həbs edib.

Analoji vəziyyət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovu da gözləyə bilər. Nikol Paşinyan bu istiqamətdə - hakimiyyətdəki Qarabağ klanının aradan qaldırılması istiqamətində nə qədər gedə biləcək? Onun hakimiyyətindən daha hansı islahatlar gözləmək lazımdır?

- Hazırkı dövrdə əvvəlki hökumətdəki cinayətlərin ifşası Ermənistanın yeni rəhbərliyinin populyarlığının saxlanmasına kömək olur. O, xalqın hakimiyyət dəyişikliyi ilə bağlı tələbini yerinə yetirir. Bu, etiraz aksiyalarında əsas tələblərdən biri idi. 

Bununla yanaşı, yaxın vaxtlarda hər hansı struktur islahatlarını gözləmək lazım deyil. Paşinyan isə qarşısına növbədənkənar seçkilərə hazırlığı prioritet tapşırıq kimi qoyub. Onun proqramında inkişafın əsas istiqamətləri göstərilib, ancaq konkret fəaliyyət proqramı yoxdur. 

- Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni hökumətinə qarşı kəskin tənqidlə çıxış etdi. O bildirdi ki, Ermənistandakı hadisələr respublika rəhbərlərinin təminatları ilə ziddiyyət təşkil edir.

Bu, sabiq hökumət üzvlərinin təqibinə də aiddir. Bundan başqa, Moskva son aylar Yerevanın yeni xarici siyasət kursuna dəfələrlə narazılıq edib. Kreml və Ermənistan arasındakı münasibətlər nə qədər gərginləşə bilər?

- Səhv etmirəmsə, bu, Ermənistanda baş verən hadisələrə Rusiya rəsmiləri tərəfindən ilk belə açıqlamadır. Görünür, birinci şəxslərə qarşı təqiblər siyasi anlayışa sahib olmaya bilməz. Və Moskva da gələcək qeyri-sabitliklərdən narahatlığını ifadə edir. 

Hökumət dəyişikliyindən sonra Ermənistanda hakimiyyətə yeni insanlar gəldi və etimadsızlıq məsələsi ortaya çıxdı. Bu vəziyyətdə tərəflər bir-birinin narahatlıqlarına qulaq asmalıdır və dialoqa maksimum dərəcədə açıq olmalıdırlar. 

- Nikol Paşinyanı Gürcüstanda korrupsiyaya müharibə elan edən və Qərbə inteqrasiya yolu tutan yeni Mixail Saakaşvili adlandırmaq olar?

- Korrupsiya ilə sərt mübarizənin gücləndirilməsi baxımından Paşinyanla Saakaşvili arasında ortaq xətt var. Ancaq biz hələ xarici siyasət kursunda radikal dəyişiklik müşahidə etmirik. Ermənistan çoxvektorlu siyasətini davam etdirməklə, Rusiya kimi Qərblə də əlaqələri gərginləşdirir. 

- Baş nazir Nikol Paşinyanla Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkündürmü?

- Hər hansı bir uzunmüddətli hərbi münaqişənin həlli çox mürəkkəb məsələdir və xüsusi şəxslərlə bağlıdır. Ölkənin liderləri nəinki öz mövqelərini, həmçinin öz dövlətlərinin və cəmiyyətinin mövqeyini səsləndirir. Hazırkı dövrdə Dağlıq Qarabağ münaqişəsində Ermənistan və Azərbaycanın baxış bucağı fərqlidir. 

Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasındakı görüş göstərdi ki, tərəflər yenidən əlaqələr və dialoq qurmalı, danışıqlar prosesinin detallarını müzakirə etməlidirlər.


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.