ATV-də yayımlanan "Bağ mövsümü" verilişinin çəkilişləri zamanı təsirli anlar yaşanıb.
Realpress.az xəbər verir ki, çəkilişdən özəl görüntüləri əməkdar artist Mətanət İsgəndərli şəxsi "Instagram" hesabında paylaşıb. Videodan görünür ki, Mətanət İsgəndərlinin canlı ifası zamanı digər əməkdar artist Vasif Məhərrəmli kövrəlir. Göz yaşlarını əli ilə silən Vasif özünü ələ ala bilir.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.