Azərbaycan xalçaları dünya hərraclarında

Azərbaycan xalçaları dünya hərraclarında
04 Avq 2018 15:50

Dünyada keçirilən hərraclarda böyük maraq göstərilən məhsullardan biri Azərbaycan xalçalarıdır.

Realpress.az vergiler.az saytına istinadla bildirir ki, 2013-cü ildə Vyanada, Londonda, 2014-cü ildə isə Nyu-Yorkda keçirilən hərraclarda XVIII və XIX əsrlərdə toxunmuş Azərbaycan xalçaları satışa çıxarılıb.

“Qarabağ”, “Qazax-Borçalı”, “Təbriz”, ”Quba” qruplarına aid olan xalçaların ən ucuzu 10 min avroya, ən bahalısı isə 233 min ABŞ dollarına satılıb. Azərbaycan xalçaları 2016-cı il noyabrın 20-də ABŞ-da “Grogan” hərracında Mitçel və Rozali Rudnikin şəxsi kolleksiyasının satışı zamanı Azərbaycan xalçaları ümumilikdə 744 min 200 ABŞ dollarına satılıb.

Bir maraqlı məqam da budur ki, “Azərxalça” hərraclarda satılan xalçaların çeşniləri əsasında yeni məhsullar istehsal edir. Müasir Azərbaycan xalçaçıları tarixi yaddaşın, qədim çeşnilərimizin bərpası ilə milli dəyərlərimizə sahib çıxdıqlarını nümayiş etdirirlər.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.