Bakıda üçüncü İndoneziya mədəniyyət festivalı keçiriləcək

Bakıda üçüncü İndoneziya mədəniyyət festivalı keçiriləcək
06 Avq 2018 12:00

Sentyabrın 11-16-da Bakıda İndoneziya mədəniyyət festivalı keçiriləcək. İndoneziyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Arxipelağın ən zəngin mədəniyyətini yaşatmaq” devizi altında keçiriləcək bu festivalın bundan öncə keçirilmiş iki festivaldan daha möhtəşəm olacağı gözlənilir.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, festival Bakı şəhərinin iki məkanında - Heydər Əliyev Sarayı və Fəvvarələr meydanında reallaşacaq. Festival iki ölkə arasında ikitərəfli mədəni əlaqələri daha da gücləndirmək məqsədi daşıyır.

Festivalın ilk günü Heydər Əliyev Sarayında tədbir iştirakçıları İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmavanın çıxışını dinləyəcəklər. Həmçinin Azərbaycan Dillər Universitetinin azərbaycanlı tələbələri İndoneziyanın professional rəqqasları ilə birgə bu ölkənin ənənəvi və milli rəqs nömrələrini təqdim edəcək. Rəqslərlə yanaşı, “Garuda Bakı” və “Sampan Bujana Sentra” rəqs klublarının rəqqasları da öz çıxışları ilə iştirakçılara xüsusi zövq bəxş edəcəklər. Tədbirin proqramına İndoneziya və Azərbaycan Pençak-silat Federasiyaları tərəfindən təşkil olunan ozünümüdafiə sənətinin incəliklərinin nümayiş etdirilməsi də daxildir.

İndoneziyanın ənənəvi döyüş sənəti pençak-silat Azərbaycanda gənclər arasında kifayət qədər məşhurdur. Azərbaycanda təxminən 30 pençak-silat məktəbi və 5 min şagird qeydə alınıb. Bu tədbirdə, iştirakçılar İndoneziya mədəniyyətinin necə isti qarşılandığının və Azərbaycan gəncləri tərəfindən qəbul edildiyinin şahidi olacaqlar.

Festivalın ikinci və üçüncü günləri isə Fəvvarələr meydanında sərgilər, İndoneziya turizmini tərənnüm edən müxtəlif tədbirlər keçiriləcək. Tədbirlər zamanı iştirakçılar, həmçinin İndoneziyanın arxipelaq kulinariyası ilə yaxından tanış olacaq və buradakı sərgilər vasitəsilə bu ölkənin mədəni irsini, müxtəlifliyini və gözəlliyini seyr edəcəklər. Festival çərçivəsində yarmarka da təşkil olunacaq ki, burada İndoneziyanın milli geyimləri, suvenirlər, əl işləri olan əşyalar, qəhvə və çayları və digər məhsulları yer alacaq.

Festivalın dördüncü günü İndoneziya səfirliyinin dəstəyi ilə təşkil olunan və İndoneziya ilə Azərbaycan iş adamları arasında ticarət əməkdaşlığı şəbəkəsini daha da genişləndirmək məqsədi daşıyan işgüzar görüşlərlə yadda qalacaq.

Qeyd olunan görüşlər zamanı ən müxtəlif sahələr üzrə fəaliyyət göstərən indoneziyalı sahibkarlar azərbaycanlı sahibkarlarla birgə yeni biznes və investisiya imkanları barədə müzakirələr aparacaqlar.

Bundan əlavə, İndoneziyanın turizm və məhsullarının mükəmməlliyini təqdim edən stendlər təşkil olunacaq. Həmin həftə ərzində işgüzar görüşlər, sərgilər, İndoneziya turizmini tərənnüm edən tədbirlər, ənənəvi incəsənət çıxışları və seminar keçiriləcək və təhsil müəssisələrinə baş çəkiləcək.

Festivala 200-dək indoneziyalı qatılacaq. Bunların sırasında iş adamları ilə yanaşı, ölkənin tanınmış elm və mədəniyyət xadimləri və rəsmi şəxsləri də yer alacaq.

Xatırladaq ki, AZƏRTAC festivala informasiya dəstəyi verəcək.

Qeyd edək ki, bu ilin oktyabrında Cakartada ticarət festivalı keçiriləcək, ölkəmizdən 10-a yaxın iş adamı bu festivala qatılacaq.

Realpress.az


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.