Azərbaycan tankçıları “Tank biatlonu-2018” müsabiqəsində yarımfinala çıxıblar.
Bu barədə Realpress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində keçirilən “Tank biatlonu-2018” müsabiqəsinin yarımfinal mərhələsinin püşkatması keçirilib.
Püşkatmanın nəticələrinə görə, Azərbaycan tankçıları yarımfinalda Çin, İran və Qırğızıstan tankçıları ilə yarışacaqlar.
11:24
Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində keçirilən “Tank biatlonu-2018” müsabiqəsi davam edir.
realpress.az bu barədə Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.