Azərbaycan bəstəkarının əsərləri Balkan ölkələrinin səhnələrində səsləndirilib

Azərbaycan bəstəkarının əsərləri Balkan ölkələrinin səhnələrində səsləndirilib
07 Avq 2018 10:54

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un yaranmasının 25 illiyi çərçivəsində TÜRKSOY-un gənclər kamera orkestri Balkan ölkələrində geniş konsert proqramı ilə çıxış edib və türk dünyası bəstəkarlarının əsərlərini səsləndirib.

Realpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, orkestr Balkan ölkələrində qastrol çərçivəsində 6 konsert proqramı təqdim edib.

TÜRKSOY-un gənclər kamera orkestrində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistandan gənc ifaçılar yer alıb. Orkestri azərbaycanlı dirijor Mustafa Mehmandarov idarə edib.

Türkdilli xalqların gənc ifaçılarının təcrübə mübadiləsi aparması və türk klassik musiqi əsərlərinin bütün dünyada təbliği məqsədilə 2010-cu ildə yaradılan orkestrin repertuarında dünya klassiklərinin əsərləri ilə yanaşı, türk dünyasından bir çox bəstəkarın əsəri də yer alıb.

Orkestrin Balkan qastrolu çərçivəsində ilk konserti Kosovoda reallaşıb. “İncəsənət vasitəsilə oyanış” beynəlxalq festivalı çərçivəsində Priştina və Prizren şəhərlərində iki konsert keçirilib. Orkestr sonra Monteneqronun mədəniyyət paytaxtı Çetincedə dünya şöhrətli rusiyalı skripkaçı Viktor Tretyakovla eyni səhnəni bölüşüb. “Espressivo” musiqi festivalı çərçivəsində keçirilən konsertdə eləcə də, virtuoz skripkaçılar rusiyalı Nataliya Lixopoy və monteneqrolu Miran Beqiç əsərlər ifa ediblər. Konsert ərəfəsində TÜRKSOY-un gənclər kamera orkestri yerli bəstəkarlardan olan Milivodji Pikuritsinin “Divertimento” əsərinin dünya premyerasını da həyata keçirib.

TÜRKSOY-un gənclər kamera orkestrinin Bosniya və Herseqovinadakı növbəti möhtəşəm konserti paytaxt Sarayevoda olub. Qastrol zamanı Azərbaycanın görkəmli bəstəkarı Xəyyam Mirzəzadənin vəfatı ilə əlaqədar orkestr onun xatirəsinə Qara Qarayevin “Matəm” əsərini konsert proqramına daxil edib.

Əsərin ifasından əvvəl TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib: “Dəyərli dostum Xəyyam Mirzəzadə türk musiqinə böyük töhfələr verib, mədəniyyət xəzinəmizə bəxş etdiyi dəyərli əsərləri ilə yanaşı, çoxsaylı tələbələr də yetişdirib. Onu vəfatı hamımız üçün çox böyük itkidir”.

Konsertdən sonra fikirlərini bölüşən Mustafa Mehmandarov deyib: Dünyanın hər yerində türk dünyasını təmsil etməkdən qürur duyuram. Bu qastrol səfəri yalnız konsertlərdən ibarət olmadı. Eyni zamanda, müxtəlif ölkələrdən gənc həmkarlarımızla birlikdə çox gözəl günlər keçirdik. Bir-birimizdən sənətin sirlərini öyrəndik”.

Qeyd edək ki, TÜRKSOY-un gənclər kamera orkestri qastrol səfəri çərçivəsində Makedoniya, Monteneqro, Bosniya və Herseqovina, Serbiya və Kosovoda sənətsevərlərlə görüşüb. Qurumun yaradılmasının 25 illiyi çərçivəsində təşkil edilən səfər TÜRKSOY, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.