Tibb üçün yumşaq robot hörümçək yaradılıb-VIDEO

Tibb üçün yumşaq robot hörümçək yaradılıb-VIDEO
08 Avq 2018 11:11

Harvard Universitetinin tədqiqatçılar qrupu 1 santimetr ölçüdə mikrometrik xüsusiyyətli yumşaq robotlar ərsəyə gətirməyə imkan verən kompleks proses hazırlayıblar. Yeni texnologiyanın imkanlarının nümayiş etdirilməsi üçün alimlər Avstraliyanın tovuzquşu hörümçəyidən (Maratus volans) ilhamlanaraq robotlaşdırılmış yumşaq hörümçək düzəldiblər.
  
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, tədqiqatçılar qrupu tərəfindən birlikdə yumşaq hörümçək materialının əsasını təşkil edən 12 qat elastik silikonun yaradılması üçün "MORPH" (Microfluidic Origami for Reconfigurable Pneumatic/Hydraulic) texnologiyasından istifadə edilib.
 
Məlumata görə, hər qat lazer mikroemal metodu ilə şablon üzrə kəsildikdən sonra hamısı üçölçülü yumşaq hörümçək strukturunda birləşdirilib. Bu aralıq strukturunun hazır konstruksiyaya çevrilməsi üçün açar qismində hər ayrı qata inteqrasiya edilən içiboş mikromaye kanallar şəbəkəsi çıxış edir. Kanallar şəbəkəsi elə işləyir ki, material bərkiyən zaman boşluqda qeydə alınan həm ayrı-ayrı qatlar, həm də onlarla birləşənlər lokal şəkildə son konfiqurasiyaya bükülürlər. Beləliklə, yumşaq hörümçəyin dəyirmi qarnı və onun ayaqlarının azalan bükülmələri daimi olur.   
 
Mütəxəssislərin sözlərinə görə, "MORPH" tədqiqatçılar qarşısında tibb üçün nəzərdə tutulan yeni yumşaq robot texnikası sahəsi aça bilər. Bu robotların ölçüləri və elastikliyi endoskopiya və mikrocərrahiyyə üçün tapıntı olacaq.

Realpress.az


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.