Türkiyə yığmasının şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev Berlində keçirilən Avropa çempionatının qalibi olub.
realpress.az xəbər verir ki, bu gün 200 metr məsafəyə qaçışda o, finişə 19,76 saniyəyə çatıb və Böyük Britaniya, İspaniya, İsveçrə, İtaliya, İrlandiya və Hollandiya atletlərini qabaqlayaraq, 1-ci yeri tutub.
Xatırladaq ki, ötən il Ramil dünya çempionu titulunu qazanıb.
İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ-də fəaliyyət göstərən və təhsil alan azərbaycanlı idmançılar və tələbələrlə görüşüb.
Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.