Bakıda restoranda iki nəfəri güllələyən şəxs AVTORİTETDİR – TƏFƏRRÜAT

Bakıda restoranda iki nəfəri güllələyən şəxs AVTORİTETDİR – TƏFƏRRÜAT
10 Avq 2018 10:36

Bakının Sabunçu rayonu Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində 1 nəfər ölüb, 1-i yaralanıb.

Realpress.az xəbər verir ki, “unikal.org” hadisənin təfərrüatını araşdırıb. 

Belə ki, sayta açıqlama verən Sabunçu rayon İcra Hakimiyyətinin Şuşa Şəhərciyi üzrə icra nümayəndəsi Şamil Alıyev cinayəti törədən Hikmət adlı şəxsin keçmiş məhkum olduğunu bildirib:

"Hadisə zamanı ölən Çingiz Xudiyev, yaralanan Elxan Kərimov və atəş açan Hikmət adlı şəxs bir neçə gün öncə mübahisə ediblər. Dünən saat 22:00 radələrində Hikmət restorana gələrək həmin şəxslərə odlu silahdan atəş açıb. Hikmət özü əvvəllər həbsdə olub. İl yarım əvvəl olar ki, həbsdən azad olunmuşdu. Kriminal aləmlə əlaqəsi olan şəxsdir. O, hadisəni törədəndən sonra bir neçə saat qaçıb gizlənsə də, sonradan polislər tərəfindən saxlanılıb. Onu da qeyd edim ki, hadisədə iştirak edən hər üç şəxs Şuşa şəhərciyində yaşayırlar."


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.