Avroliqanın ən yaxşı futbolçusu adına 3 namizəd

Avroliqanın ən yaxşı futbolçusu adına 3 namizəd
10 Avq 2018 11:13

UEFA, Avropa Liqasında 2017/18 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Realpress.az komanda.az-a istinadən xəbər verir ki, turnirin ən yaxşı oyunçusu adına 3 namizəd var.

Bunlardan ikisi Avroliqanın son qalibi Madrid "Atletiko"sunun üzvləri - müdafiəçi Dieqo Qodin və hücumçu Antuan Qrizmanndır. Digər namizəd isə bu turnirin finalında İspaniya klubuna məğlub olmuş Marsel "Olimpik"inin yarımmüdafiəçisi Dmitri Payetdi.

Səsvermə ötən mövsüm qrup mərhələsində iştirak etmiş 48 komandanın baş məşqçiləri və Avropa İdman Nəşriyyatı Assosiasiyası tərəfindən seçilmiş 55 jurnalist arasında aparılacaq.

Qalibin adı isə avqustun 31-də keçiriləcək Avroliqanın qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.



15 Apr 2024
İdman

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar.

15 Apr 2024
İdman

Bakı kəndləri birinciliyində iki günə 400 cüdoçu yarışdı - FOTO

Cüdo üzrə Bakı kəndləri birinciliyinin qaliblərininə Bakı Abadlıq Xidməti tərəfindən Azərbaycan istehsalı olan, keyfiyyətinə görə son illər gənclər arasında çox populyarlaşan “İSMA BİKES” velosipedləri və pul mükafatları təqdim olunub.

15 Apr 2024
İdman

Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurublar - YENİLƏNİB + FOTO

Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi olub.

13 Apr 2024
İdman

Dünya Kubokunda üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Vətənə qayıdıb

Tailandın Phuket şəhərində keçirilmiş Dünya Kubokunda 3 gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Vətənə qayıdıb.