Bakıda kafedə musiqi üstündə oğlanı döyə-döyə öldürdülər — TƏFƏRRÜAT

Bakıda kafedə musiqi üstündə oğlanı döyə-döyə öldürdülər — TƏFƏRRÜAT
10 Avq 2018 11:50

Hadisə Binəqədi rayonu, Xırdalan dairəsində yerləşən Aşıqlar kafesində qeydə alınıb.

Realpress.az 
“ölkə.az”a istinadən xəbər verir ki, kafenin işçiləri ilə müştəri Həmzəyev Cavid Şahid oğlu arasında mübahisə düşüb, nəticədə sonuncu möhkəm döyülüb. Ağır xəsarət alan C.Həmzəyev Xırdalanda yerləşən təcili tibbi yardım stansiyasına aparılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.

Baş vermiş insidentlə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən Xaliq Mustafayev adlı şəxs saxlanılıb. İlkin dindirmələr zamanı məlum olub ki, mübahisə musiqi sifariş vermək üstündə düşüb. C.Həməzyevin həm sifarişi kəsilib, həm də döyülüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.