Növbəti kitab-sərgi yarmarkasına start verilir

Növbəti kitab-sərgi yarmarkasına start verilir
10 Avq 2018 16:56

Avqustun 15-dən “Hədəf” Nəşrləri və “XAN” nəşriyyatı Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti kitab sərgi-yarmarkasına start verir.

Nəşriyyatdan AZƏRTAC-a bildirilib ki, sərgi-yarmarka bir ay müddətində Binəqədi rayonunda yerləşən Heydər Əliyev Parkında təşkil olunacaq. Həftənin bütün günləri təşkil olunacaq sərgidə hər gün saat 11:00-dən 22:00-dək kitabsevərlər istədikləri nəşrlərlə tanış ola biləcəklər. Sərgi müddətində “XAN” nəşriyyatının yazarlarının oxucularla görüş günləri nəzərdə tutulub.

Kitab sərgi-yarmarkasında təqdim olunacaq nəşrlərə böyük endirimlər olacaq.

Realpress.az


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.