Göygöldə mal-qara oğruları saxlanılıb

Göygöldə mal-qara oğruları saxlanılıb
11 Avq 2018 16:56


Göygöl rayon Şəhriyar kənd sakini Allahverdi Qarayev rayonun Polis Şöbəsinə müraciət edərək ona məxsus fermadan ümumi dəyəri 13000 manat olan 10 baş iri buynuzlu mal-qarasının və 1 rəst atının oğurlandığını bildirib.

Bu barədə DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Realpress.az-a bildirilib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayon Qızılhacılı kənd sakini, 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qalib Qurbanov və Goranboy rayonu Əlirizalı kəndində qeydiyyatda olmaqla Gəncə şəhərində yaşayan, 1984-cü il təvəllüdlü Elzamin Bayramov saxlanılıb.

Aparılan istintaq tədbirləri nəticəsində saxlanılan şəxlərin cari ilin iyul ayının müxtəlif vaxtlarında Yevlax, Tərtər və Bərdə rayonlarında da analoji cinayət hadisələrini törətməklə ümumilikdə 51 baş iri və xırda buynuzlu heyvaları oğurladıqları müəyyən olunub.

Dindirilmə zamanı onlar törətdiyi oğruluq hadisələrini etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.