Xəzər sülh dənizi olacaqmı? - RƏY

Xəzər sülh dənizi olacaqmı? - RƏY
13 Avq 2018 10:55


Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında  “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın imzalanması tarixi hadisədir.

Bunu Realpress.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin statusu barədə ümumi razılğa gəlinməsi regionu sülh, iqtisadi inkişaf və dostluq regionuna çevirir və çevirəcək.

“Beş dövlətin maraqlarına cavab verən statusun əldə edilməsində Azərbaycanın, onun lideri cənab İlham Əliyevin rolu böyükdür. Xəzərin hüququ statusu həll edildi, növbədə işğal altında olan torpaqlarımızın azad edilməsi məsələsidir”, - deyə millət vəkili əlavə edib.

“Beş Xəzəryanı dövlətin başçıları tərəfindən dənizin hüquqi statusunu müəyyən edəcək Konvensiyanın imzalanması 22 il davam edən müzakirələrə son qoydu. 22 il davam edən müzakirələr tarixi sənədin - Xəzərin statusunu müəyyənləşdirən Konvensiyanın imzalanması ilə başa çatdı.

Bu, Xəzər regionunda sabitliyi təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq tranzit ölkəsi rolunu daha da gücləndirirərək , iqtisadi qüdrətini dahada artıracaq”.

Bunu isə millət vəkili Kamilə Əliyeva gilə gətirib.

Millət vəkili qeyd edib ki, Konvensiyanın imzalanmasında Azərbaycanın və ölkə prezidenti İlham Əliyevin müstəsna rolu, xidmətləri var:

“Azərbaycan hər zaman bu məsələdə son dərəcədə səmimi və konstruktiv rol oynayıb. Xəzəryanı dövlətlərdən hər hansı biririnin maraqlarına zərrə qədər toxunacaq mövqe sərgiləməyib, öz maraqlarından çıxış edib, amma başqalarının da maraqlarını, mənafelərini nəzərə alıb, onlara  hörmətlə yanaşıb.

Hətta bəzən ölkəmizə qarşı bu məsələdə ehtiyatsız, qeyri-peşəkar münasibət ifadə ediləndə də, Azərbaycan dövləti, dövlət başçısı təmkinli, səbirli mövqe ortaya qoyub. Yəni, öz davranışı, öz səbirli, təmkinli yanaşması ilə onu ittiham edənlərə ən kəsərli, nə tutarlı cavabını verib.

Bu baxımdan, hesab edirəm ki, bu Konvensiyanın imzalanmasının, onun baş tutmasının əsas söz haqqı sahiblərindən biri və birincisi Azərbaycandır. Bu Konvensiyanın imzalanması ilə Azərbaycan bütün dünyaya özünün necə səmimi tərəfdaş və sülhpərvər ölkə olduğunu bir daha nümayiş etdirdi.

Ona görə inanıram və qəti əminəm ki, Azərbaycanın da yaxından iştirakı ilə baş tutan bu Konvensiya Xəzəri bütövlükdə sülh, əmin-amanlıq dənizinə çevirəcək, bu, xalqlarımızın, dövlətlərimizin, bütövlükdə çalxalanan dünyamızın işıqlı gələcəyinin təmin olunmasına öz töhfəsini verəcək”.


23 Apr 2024
Siyasət

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır.

23 Apr 2024
Siyasət

Vladimir Putin: “BAM XXI əsr üçün qlobal logistikanı müəyyən edir”

“Baykal-Amur Magistralı dünyada ən böyük dəmir yolu arteriyalarından biri, gələcəyin yoludur”.

23 Apr 2024
Siyasət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

23 Apr 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

23 Apr 2024
Siyasət

Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb - FOTO

Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Böyük Britaniyanın BMT yanındakı daimi nümayəndəsi ilə görüşüb.