Bakıda ona ərə gəlməyən qadını öldürən kişi həbs olundu

Bakıda ona ərə gəlməyən qadını öldürən kişi həbs olundu
13 Avq 2018 13:29


Avqustun 10-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində  naməlum şəxs qəsəbə sakini Səkinə Hümbətovanı bıçaqla qətlə yetirmiş şəxs saxlanılıb.

Bu barədə realpress.az-a DİN-nin mətbuat xidmətindən bildiriblər.

Aparılan təhqiqat nəticəsində məlum olub ki, qətli Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədib.

O, hadisə yerinə Bakı şəhər sakini Zülfiyyə Şiriyeva ilə birgə sonuncuya məxsus “Mitsubishi” markalı avtomobildə gəlib, qətldən sonra isə həmin maşını Şağan qəsəbəsi ərazisində atıb gediblər.

Həyata keçirilmiş tədbirlərlə ağır cinayət hadisəsini törətməkdə şübhəli bilinən Zəfər Mərdanov tutularaq istintaqa cəlb olunub.

Görülmüş tədbirlərlə Z.Şiriyeva da saxlanılmış, onun əməlləri CM-nin 307-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsinə tövsif edilib.
Hazırda cinayət işi üzrə zəruri  istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.