Ucuz Nokia 2.1 smartfonu satışa çıxarılıb

Ucuz Nokia 2.1 smartfonu satışa çıxarılıb
13 Avq 2018 17:44

“Nokia” brendi üzərində hüquqlara sahib “HMD Global” şirkəti Rusiyada “Nokia 2.1” smartfonunun satışına başlayıb. Model ötən ilki ucuz “Nokia 2” aparatını əvəz edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, bu aparat daha müasir texnoloji içlik, tutumlu akkumulyator və iki gün müddətində avtonom işləyən modeldir. Smartfon “HD” (720x1280 piksel) təsvir ölçülü 5,5 düymlük ekran, ön stereodinamiklər, 5 meqapiksellik ön və 8 meqapiksellik əsas kameralarla təchiz edilib.
 
Aparat dördnüvəli “Qualcomm Snapdragon 425” prosessoru, 1 QB-lıq əməli yaddaş və 8 QB-lıq daxili fləş yaddaşa (“microSD” formatlı kart vasitəsilə yaddaşı 128 QB-dək artırmaq mümkündür) malikdir. Akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Smartfon zəif smartfonlar üçün optimallaşdırılmış “Android Oreo” versiyasının idarəetməsi altında işləyir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.